Bu gün Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bunlar Xaçmaz rayonunun Müşkür kənd sakini 32 yaşlı Rəhman İşıqov və 16 yaşlı Xudat şəhər sakini Ülviyyə Məmmədovadır.
Qəzada həlak olan Rəhman İşıqov ailəlidir, yanında həlak olan sərnişin qadın isə onun tanışıdır.
Qəzanın başvermə səbəbləri və digər detallar aparılan istintaq araşdırmasının sonunda bəlli olacaq.
13:57
Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən hadisə ilə bağlı Quba rayon prokuroru Valeh Səmədov ərazidə olub.
Oxu.Az xəbər verir ki, Quba Rayon Prolurorluğundan Report-a verilən məlumata görə, hazırda təcili-təxirəsalınmaz istintaq əməliyyatları aparılır: “Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yanaraq həlak olan hər iki şəxsin kimliyini müəyyənləşdirmək üçün polis və məhkəmə tibbi ekspertləri birgə iş aparır. Ən yaxın zamanda qəzanın əsl səbəbləri və ölən şəxsləri kimliyi bəlli olacaq”.
12:57
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Hacı Hüseynli kəndində “VAZ-2106” markalı avtomobil yanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
A.M.