Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya və Qərb arasında məhbus mübadiləsi barədə yeni detal: Jurnalist səhvi sövdələşməni pozacaqmış
"Bloomberg" agentliyi məhbus mübadiləsi sövdələşməsi haqqında xəbərin vaxtından əvvəl yayılmasına görə azı bir reportyoru işdən çıxarıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN xəbər verib.
Bildirilir ki, söhbət əsasən materialın əsas müəllifi olan jurnalist Cennifer Ceykobsdan gedir.
Agentliyin baş redaktoru Con Mikletveyt izah edib ki, erkən nəşr sövdələşməni təhlükə altına ala bilərdi. O, baş vermiş hadisəni redaksiya standartlarının açıq pozuntusu adlandırıb.
Ceykobs öz növbəsində bildirib ki, material üzərində redaktorlarla birlikdə işləyib.
"Mən administrasiyanın embarqosuna açıq-aşkar zidd olan və ya bu işə cəlb olunmuş hər hansı bir şəxsi riskə atan heç nə etməmişəm", - deyə o vurğulayıb.
Xatırladaq ki, avqustun 1-də Türkiyədə Rusiya, ABŞ və bir neçə Avropa ölkəsi arasında geniş miqyaslı məhbusların mübadiləsi baş tutub. Sövdələşmə nəticəsində Rusiyanın səkkiz vətəndaşı vətəninə qaytarılıb.
"New York Magazine" nəşri mənbələrə istinadən yazıb ki, vaxtından əvvəl materialın dərc edilməsi məmurların qəzəbinə səbəb olub, çünki Ağ Ev materialı mübadilə faktına qədər saxlamağı xahiş edib.