Берем на борт! @TuktikLiza 
Əcnəbi fiqurlu konkisürənlər “Twitter” sosial şəbəkəsində #Tuktikchallenge “hashtag”i ilə buz üzərində soyunma fləşmobu təşkil ediblər.
Oxu.Az Lenta.ru saytına istinadən xəbər verir ki, fləşmob rusiyalı idmançı Yelizaveta Tuktamışevanın Kanadada keçirilən Qran-Pri yarışlarında göstərdiyi çıxışdan sonra başlayıb.
Tuktamışeva buz üzərinə stüardessa obrazında çıxıb və striptiz göstərib.
Rusiyalı idmançı 203,32 bal toplayaraq Qran-Pri mükafatına layiq görülüb.

