Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sadə maşının nömrəsini 235 minə satmaqdan imtina etdi – FOTO
Ankarada yaşayan bir adam 500 min türk lirəsinə (180 min AZN) dəyərləndirdiyi “06 RTE 53” nömrəli avtomobilini prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etmək istəyir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ərdoğanın adının baş hərfi ilə doğulduğu məmləkət Rizənin maşın nömrəsini daşıyan 1988 model avtomobil, satışa çıxarıldığı internet saytında böyük maraq görüb.
Vasitənin sahibi Polat Fikrət Örsçəlik bildirib ki, internet saytlarında avtomobil elanlarını araşdırarkən təxminən 1 ay əvvəl “06 RTE 53” nömrəli vasitənin elanını görüb və uzun danışıqlar nəticəsində avtomobili 9 min lirəyə (3 255 AZN) satın almağa müvəffəq olub.
Aldıqdan sonra isə Örsçəlik “Avtomobillə əlaqəli çox ciddi təkliflər aldım və yoldaşlarımın istəyi ilə satışa çıxardım. 30 iyuldan bu yana çox sayda adamla görüşdüm. Avtomobilə 500 min lirə dəyər verdilər, indiyə qədər 235 min lirəyə qədər təklif edənlər oldu, ancaq bu nömrə Ərdoğana yaraşar”- dedi.
Qeyd edək ki, Örsçəlik avtomobili prezident Ərdoğana hədiyyə etmək istədiyini bildirir.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Keçmiş Türkiyə gözəli olan aktrisa saxlanıldı
- Ərdoğan: "Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"
- Türkiyədə Novruz bayramı rəsmi şəkildə qeyd oluna bilər
- Ərdoğan: "Dörd gün ərzində xalqımızı bölmək üçün hər şeyi etdilər"
- Ərdoğan: "CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır"