Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Səmada bir anda iki atmosfer fenomeni baş verdi - FOTO
Yer üzərində iki atmosfer fenomeni eyni anda baş verib. NASA astronavtları həmin möhtəşəm anı bir fotoda qeydə ala biliblər.
“RİA Novosti”nin məlumatına görə, görüntü qurumun “Instagram” hesabında dərc edilib.
Fotoda Qütb parıltısı və Göyün parıltısı əks olunub. Bu atmosfer hadisələri fərqli təbiətə malikdir, lakin təxminən eyni hündürlükdə baş verir.
Göyün parıltısı kimyəvi maddələrin reaksiyası nəticəsində, Qütb parıltısı isə Günəş enerjisi ilə planetin maqnit sahəsinin qarşılıqlı təsirinə görə yaranır.
Qeyd olunur ki, astronavtlar hadisələri Beynəlxalq Kosmik Stansiya Alyaskanın cənub hissəsində olanda qeydə alıblar.
Kadrın aşağı hissəsində planetimizin bir hissəsi də görünür. NASA mütəxəssislərinin sözlərinə görə, fotoda Britaniya Kolumbiyasının və Kanadadakı Alberta əyalətinin gecə işıqları əks olunub.
Посмотреть эту публикацию в InstagramMövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər