Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Üçtəpəyə gedən yolda “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ 2107”-ni idarə edən 30 yaşlı Bəhlul Nağıyevlə sərnişini - 55 yaşlı Arifə Rüstəmova vəfat edib. Daha iki nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Z.Q.
www.oxu.az