UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" oyununu Qadın və Uşaq Sığınacağında icazə alıb təkbaşına izləyən azyaşlı ilə "Qarabağ" klubunun üzvləri görüşəcəklər.
Bu barədə Oxu.Az-ın əməkdaşının azyaşlı ilə videomüsahibəsində məlum olub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub.
Məlik Məlikov
Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" oyununu təkbaşına izləyən azyaşlı sosial şəbəkələrdə böyük maraq yaradıb.
Oxu.Az xəbər verir ki, uşağın görüntüləri qısa zamanda geniş müzakirələrə səbəb olub.
Hətta bəzi şəxslər azyaşlıya forma hədiyyə etmək istədiklərini bildiriblər.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, qarşılaşma təmsilçimizin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Məhərrəm Əliyev