Təl-Əviv Universitetinin alimlərinin bilavasitə iştirakı ilə yaradılmış İsrailin “StoreDot” startapı müasir dövrün aktual problemini – smartfonlarda batareya enerjisinin çatışmazlığını həll edəcək eyniadlı qurğusunu təqdim edib.
Oxu.Az ICTNews-a istinadən xəbər verir ki, cihaz smartfonlara enerjini qənaətcil işlətməkdə deyil, smartfonların 30 saniyə ərzində enerji toplamasına kömək edəcək.
Enerji yükləmə qurğusunun iş prinsipi açıqlanmır; onun yaradıcıları yalnız deyirlər ki, cihazın hansısa bioüzvi nanokristallar əsasında yaradılıb.
“StoreDot” qurğusunun işçi prototipi “Samsung Galaxy S4” smartfonunu 30 saniyə müddətində enerji ilə doldura bilib.