Gəncənin Kəpəz rayon bölgəsindən hərbi xidmətə yola düşən Kərimov Seyfəddin Nəvai oğlu bu gün cəbhənin Füzuli istiqamətində minaya düşüb və şəhid olub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, 6 aydır hərbi xidmətdə olan Seyfəddin Yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionudur.
Hadisə gecə saatlarında baş versə də indiyədək onun ailəsinə aidiyyəti qurumlardan heç bir nümayəndə gəlməyib.