Sosial şəbəkələrdə iki rus oğlanın həyatlarını riskə ataraq sıradan çıxmış kateri saxladıqlarını əks etdirən video yayılıb.
Oxu.Az xəbər verir ki, video-kadrlara baxarkən məlum olur ki, oğlanların idarə etdikləri katerdə nasazlıq meydana çıxır və kater dairələrlə üzməyə başlayır.
İki oğlan başlarını itirməkdən çəkinmədən idarə edilməyən katerə çıxmağa və onu dayandırmağa cəhd edirlər. “Əməliyyat” zamanı kater dəfələrlə oğlanların başı üstündən keçir. Nəticədə əməliyyat baş tutur və onlar kateri saxlaya bilirlər.
Diqqət, videoda nalayiq ifadələr işlədilir.