2014-cü ilin yanvar-iyul ayları ərzində 103 çoxmərtəbəli binaya qaz verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Görülmüş işlər nəticəsində təbii qazla təmin olunmuş çoxmərtəbəli binaların sayı artıb. 2014-cü ilin yanvar-iyul ayları ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 103 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10299 ailə yaşayır.
Gülnarə Zeynalova
www.oxu.az