Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Toyota uçan avtomobil yaradılması ideyasını dəstəkləyib
Yapon avtomobil nəhəngi Toyota bildirib ki, uçan avtomobilin layihəsi üzərində işləyən mühəndislər qrupunu dəstəkləyib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə BBC xəbər verir.
Kompaniya mənzil-qərargahı mərkəzi Yaponiyanın Toyota şəhəri yaxınlığında yerləşən Cartivator startapına 40 mln yen (352,4 min dollar) ayırmağa razılıq verib.
Nikkei Asian Review görə, Toyota kompaniyalar qrupu Skydrive layihəsini dəstəkləməyə prinsipial razılıq verib. Hazırda layihə haqqında məlumdur ki, onlar pilotsuz uçaqlar texnologiyasından istifadə edirlər və onun üç təkəri və dörd rotoru olacaq.
Prototipin yaradılması üzərində işləyən 30 mütəxəssis onu 2020-ci ilin Tokio yay olimpiadasına havaya qaldırmağa ümid edirlər.
Skydrive bildirirlər ki, ölçüləri 2,9-un 1,3 metrə olan aparat ən kiçik uçan maşın olacaq.
İxtiraçılar hesab edirlər ki, avtomobil saatda 100 km sürətlə və yerdən 10 m hündürlükdə uçacaq.
Hazırda uçan avtomobilin yaradılması üzərində dünyanın hər yerində ixtiraçılar işləyirlər: Yaponiyadan başqa 2017-ci ilin mayına öz layihələrini Niderland, Çin, Almaniya və ABŞ təşəbbüs qrupları hazırlayırlar.
N.O.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"