Türkiyənin Ərzurum vilayətində Palantökən dağının ətəklərindəki Əbdürrəhman Qazi türbəsinə gedən avtomobil yolunun sol tərəfində yerləşən və “sirli yol” kimi məşhurlaşan yol hər kəsin heyrətinə səbəb olur.
Oxu.Az faktxəbər.com-a istinadən xəbər verir ki, sınaq aparmaq üçün hər gün onlarla vətəndaşın axın etdiyi yolda, motoru söndürülən avtomobillər 200 metrlik yolu yoxuş yuxarı çıxır.
Alimlər isə bunun tamamilə göz yanılması olduğunu bildirərək yoxuş yuxarı kimi görünən yolun, əslində eniş aşağı olduğunu deyir. Amma görüntülər alimlərin dediklərini təkzib edir. Bəziləri isə bunu güclü maqnit sahəsi ilə əlaqələndirirlər.
Həmin görüntüləri təqdim edirik:
İ.N.