Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ürəyi qorumaq üçün nə etməliyik?
Türkiyəli kardioloq, professor Bilal Boztosun 29 sentyabr Dünya Ürək Günündə bu orqanı qorumağın əsas yollarını sadalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həkim ürək sağlamlığının qorunmasında yeriməyin əhəmiyyətini vurğulayıb.
"Gün ərzində çox gəzməliyik. Çəkimizə də diqqət etməliyik. Çəkimizi normallaşdıraq ki, sağlam şəkildə qocalaq", - deyə professor bildirib.
Qəlbin qədrini bilmək lazım olduğunu deyən Boztosun ürəyi qorumağın ən mühüm yollarının xolesterola, şəkərə, təzyiqə və stresə diqqət yetirmək, həmçinin tütündən uzaq durmaq olduğunu qeyd edib.
"Bədənimizdəki bir çox orqanlar cütdür. Amma ürəyimiz təkdir. Onu çox yaxşı qorumalıyıq. Bunun üçün ən vacib yol xolesterola diqqət yetirməkdir. Şəkər və təzyiqimizə nəzarət etməliyik. Stresdən və tütün məmulatlarının istifadəsindən uzaq durmalıyıq. Hamımız bilirik ki, qabaqcıl texnologiyalara baxmayaraq, dünyada ən çox yayılmış ölüm səbəbi təəssüf ki, ürək-damar xəstəlikləridir. Burada ən önəmlisi odur ki, əgər ailədə genetik ürək xəstəliyi varsa, şikayətiniz olub-olmamasından asılı olmayaraq, müayinələrdən yayınmayın. Hər altı aydan bir və ya hər il müayinədən keçin", - həkim tövsiyə edib.
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ
- Yatmazdan əvvəl meyvələrdən imtina etmək niyə vacibdir? - Həkimin xəbərdarlığı
- Suyun düzgün saxlanılmaması fəsadlara səbəb ola bilər
- Qışda xəstəliklərə "stop" deyin: İmmunitet artıran MƏHSULLAR
- Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI