Yerevanda bloggerlər maraqlı eksperiment keçirmək qərarına gəliblər.
Oxu.Az xəbər verir ki, gənc oğlan yoldan keçənlərə yaxınlaşaraq Opera Teatrının yerini soruşur. Bununla yanaşı o, söhbət zamanı Yerevana bu yaxınlarda Bakıdan gəldiyini deyir.
Yoldan keçənlərdən bəziləri gəncə yardım ediblər, amma sonradan onu döyüblər.
Analoji eksperiment Bakıda da keçirilib. Paytaxt sakinlərinin Ermənistandan olan turistə reaksiyalarının əks olunduğu kadrları da sizə təqdim edirik.
A.M.
www.oxu.az