Bu gün saat 21:00-dan etibarən paytaxtın Yusif Səfərov küçəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı şəhərə giriş istiqaməti üzrə avtomobillərin hərəkəti birtərəfli qaydada bir neçə gün məhdudlaşdırılacaq.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bununla bağlı sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər.
“Diqqətə çatdırırıq ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - idarədən əlavə olunub.
14:50
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, məhdudlaşdırma aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.
Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

E.Ə.
www.oxu.az