Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
Ekvadorun sahilində nəhəng siyənək kralı balığı tapılıb. Yerli sakinlər bu hadisəni yaxınlaşan zəlzələnin əlaməti hesab edirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Jam Press" xəbər yayıb.
Siyənək kralı Sakit, Atlantik və Hind okeanlarında 500-700, bəzən hətta 1 000 metr dərinlikdə yaşayır. Məhz bu səbəbdən səthə nadir hallarda çıxır və bəzi xalqlar tərəfindən təbii fəlakətlərin xəbərçisi hesab olunur.
Siyənək kralının uzunluğu bəzən 11 metrə çata bilər, lakin onun əti qida üçün yararlı sayılmır. Hətta heyvanlar belə, bu balığı yeməkdən imtina edirlər.
Ən çox oxunanlar