Myanma Birliyi Respublikasının dağ kəndlərində yaşayan qadınlar uzun boyunlu ola bilmək üçün sözün əsl mənasında işgəncə çəkir.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, onlar hətta “zürafə boyunlu qadınlar” olaraq tanınır.
Fotolardan da göründüyü kimi, boyundakı halqalar altı ilə üç hissədən ibarətdir.
İlk halqalar 5-8 yaşları arasında boyuna taxılır. Çənənin altına qoyulan dəstək sürtünmənin qarşısını alır. Daha sonrakı halqalar isə yaş artdıqca əlavə olunur.
Mütəxəssislər halqanın çiyinləri zamanla aşağıya doğru itələyərək boynun uzanmasını reallaşdırdığını söyləyirlər.
Halqalar hər üç ildən bir üç ədəd artırılaraq ailə qurana qədər, ya da 20 yaşına qədər taxılır. Ən çox 32 halqa ola bilər. Düyüdən hazırlanan halqalar təxminən 10-12 kiloqram ağırlığındadır.
A.S.
www.oxu.az