Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən partlayış nəticəsində 30 nəfərdən çox insan ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tolo News nəşri məlumat yayıb.
“Əfqanıstan Daxili işlər nazirliyinin rəsmi nümayəndəsi Sedik Seddiki partlayış zamanı 30 nəfərin öldüyünü, daha 40 nəfərin isə yaralandığını bildirib”, - nəşrin məlumatında deyilir.
Qeyd edək ki, partlayış ölkənin Müdafiə nazirliyinin binasının yaxınlığında baş verib.