Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” repertuarına yeni dəhşət filmini daxil edib.
Oxu.Az xəbər verir ki, kinoteatr iyun ayının 19-dan etibarən “Qulyabanı” filminin nümayişlərinə başlayıb. Film “Astral” və “Paranormal hadisə” filmlərinin prodüserlərinin yeni məhsuludur.
Əfsanəvi canlı yenidən filmdə canlandırılıb. Film adından da göründüyü kimi dəhşət filmləri janrında çəkilib. Vəkil, ailəsini öldürməkdə ittiham olunan müştərisinin göründüyündən daha qorxulu olduğunu fikirləşir və polis bölməsində saxlanılan cinayətkar qulyabanıya çevrilir.
Film ABŞ istehsalıdır. Rejissoru Uilyam Brent Bell, rollarda isə А.Dj. Kuk, Brayan Skott О’Konnor, Sebastyan Roşe, Saymon Kuoterman və Vik Sahay kimi məşhur aktyorlar çəkilib.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.