Müğənni İradə İbrahimovanın ailəsində itki üz verib.
Oxu.Az-ın məlumatına görə, ifaçının qayınatası vəfat edib. İfaçı bu haqda İnstagram hesabında məlumat verib:
“Etik dəyərləri həyat tərzi olaraq seçərək hamımıza örnək olan sevgili qayınatam, mənə gəlinim deyil, həmişə qızım dedin. Səni əsla unutmayacağıq. Məkanın cənnət olsun. Allah rəhmət eləsin”.