Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ağdamda Fərhadın məşhur heykəli bərpa olunur](https://images.oxu.az/2025/02/11/1gn5PYCeVQSqoPpOQJAv2WbV7RImISEGfsmlq30m:1200.jpg)
Ağdamda Fərhadın məşhur heykəli bərpa olunur
Ağdamda Xalq rəssamı Tokay Məmmədovun müəllifi olduğu Fərhadın heykəli bərpa olunur.
Oxu.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində Xalq rəssamı Hüseyn Haqverdiyev deyib.
Rəssamın sözlərinə görə, bərpa işi ona həvalə olunub:
"Həmin abidə Xalq rəssamı Tokay Məmmədova məxsusdur və onu da ermənilər dağıdıblar. Bilirsiniz, Qarabağda bərpa işləri gedir, sözügedən abidə də hazırda bərpaya cəlb olunub".
Ən çox oxunanlar
Rəylər