Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələnib
SSRİ-nin Xalq artisti Armen Ciqarxanyanın oğlu Stepan ABŞ-də güllələnib.
Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, hadisə Las-Veqasın mərkəzində baş verib.
58 yaşlı Stepan Ciqarxanyan iddia edir ki, evə qayıdarkən təsadüfən yerli bandaların qarşıdurmasına düşüb. Bandalardan birinin nümayəndəsi onu hərəkət halında avtomobilin içindən güllələyib.
"Məni gedən maşından atəşə tutdular. Bu, küçədə baş verdi. İkinci güllə başıma dəydi, amma xoşbəxtlikdən sıyrılaraq keçdi", - deyə o bildirib.
S.Ciqarxanyan əlavə edib ki, indi onu uzunmüddətli reabilitasiya gözləyir. O, ABŞ-də ona lazımi yardımın göstərildiyini dəqiqləşdirib. Stepan əlavə edib ki, həyati vacib orqanları zədələnməyib.
Stepan Ciqarxanyan qanqsterlərin niyə onu hədəf aldıqlarını başa düşmədiyini deyib.
Qeyd edək ki, Stepan artıq uzun müddətdir iki ölkədə yaşayır. Vaxtının bir hissəsini Rusiyada, digər hissəsini isə ABŞ-də keçirir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp İsrailin İrana zərbə endirməsinə mane olduğunu inkar etdi: "Mən onları saxlamamışam"
- Trampdan iddia: "Krım Rusiyanın tərkibində qalacaq"
- Tramp zəngin insanların ABŞ-dən mümkün qaçmasının səbəbini açıqlayıb
- Çin Trampın ABŞ ilə tarif danışıqları üzrə iddiasını təkzib etdi
- Tramp: "Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq"