Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən “Arşın mal alan” filmi yeni ekran həyatını yaşayır.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 10-da Heydər Əliyev Mərkəzində bərpa edilən və rənglənən “Arşınmalalan” filminin premyerası keçiriləcək.
Bununla əlaqədar premyera mərasiminin videçarxı yayımlanıb.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib.
“Arşın mal alan” indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.