“Taxt oyunları” serialının süjet xətti Avstraliyanının Celonq şəhərinin hakimiyyyətini serialın şərəfinə adlandırılan küçənin adını dəyişdirməyə məcbur edib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Lannister küçəsi bundan sonra “Precinct road” adlanacaq. Buna Lannisterlərin insest münasibət (yaxın qohumlar arasında cinsi əlaqə) yaşaması xəbərləri səbəb olub.
Viktoriya ştatının ən böyük ikinci şəhəri olan Celonqda serial qəhrəmanlarının şərəfinə adlandırılmış onlarla küçə var. Şəhərin ən məhşur küçəsi Con Snounun şərəfinə adlandırılmış “Snow street” küçəsidir.
E.C.
www.oxu.az