Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO
Xalq artisti Yusif Eyvazov “Facebook” hesabında sosial media izləyicilərinə müraciət edib.
Oxu.Az xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib.
Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib.
“Əziz dostlar, diqqət, saxta hesab! Bu yaxınlarda mənim adımdan kimlərəsə mesaj göndərildiyi ilə bağlı məlumat aldım. Bu hesabdan dost dəvəti və ya mesajı alsanız, onu dərhal bloklayın” - deyə o vurğulayıb.
Qeyd edək ki, Y.Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktorudur.
Ən çox oxunanlar
Rəylər