“Moskva” kinoteatrında “Den vıborov-2” filminin premyerası keçirilib.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə teleaparıcı Kseniya Sobçak, Xalq artisti Filipp Kirkorov, aktyor Konstantin Xabenski, telejurnalist Vladimir Pozner, siyasətçi Lyudmila Narusova və digər tanınmışlar iştirak ediblər.
Qonaqlar arasında azərbaycanlı iş qadını Aysel Trudel də yer alıb.
Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükanlarının sahibidir.