“Bakı bulvarı” şən və hazırcavablar klubu Rusiyanın Krasnodar şəhərinə yollanıb.
Azərbaycan “Şən və Hazırcavablar Klubu”ndan Oxu.Az-a verilən məlumata görə, komanda Krasnodar bölgəsində keçiriləcək Qubernator Kubokunda çıxış edəcək.
“Bakı bulvarı” bu gün səhər saatlarında 10 nəfərlik heyətlə Rusiyaya yola düşüb. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil edilib.
Komanda yola düşməzdən əvvəl Bakı bulvarında maraqlı fleş-mob hazırlayaraq, kuboku təşkil edən şəhəri salamlayıb.
Oxu.Az yeniləndi!