Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə mədəniyyət naziri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, nazirlik nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Konfrans çərçivəsində "Mədəniyyət və Hüquq", "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz", "Mədəniyyət beynəlxalq münasibətlər sistemində" adlı panel müzakirələr baş tutub.
Panel iştirakçıları mədəniyyət və hüquq sahəsindəki əlaqələri, əməkdaşlıq perspektivlərini, mədəniyyətimizə xarici təsirlər və s. mövzuları müzakirə ediblər.
Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə mədəniyyət naziri, Milli Məclisin deputatlar, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Konfrans çərçivəsində "Mədəniyyət və Hüquq", "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz", "Mədəniyyət beynəlxalq münasibətlər sistemində" adlı panel müzakirələr baş tutacaq.
Forum Azərbaycan hüquq və mədəniyyət sahələrindəki müasir çağırışlara diqqət yetirəcək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədini daşıyır.
İlk dəfə təşkil edilən Mədəniyyət Hüququ Forumunun əhəmiyyəti xüsusilə Azərbaycanın mədəniyyət və hüquq sahələrinin qarşılaşdığı yeni çağırışlara və bu sahələrdəki hüquqi tənzimləmələrə dair müfəssəl müzakirələrin aparılması məqsədilə mühüm əhəmiyyət kəsb edən bir imkan yaradır.
Aqil Vəlili