Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda "Nine Senses Fest 2025" başlayır
Bakıda mayın 2-dən 4-dək "Nine Senses Fest 2025" festivalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu unikal festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir və "Ənənədən-hərəkətə" şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir.
Qeyd olunur ki, festivalda bir neçə tədbir keçiriləcək.
Bunlardan yoqa və meditasiya sessiyaları - sübh tezdən Günəş salamlamaları, sufi praktikaları, nəfəs məşqləri, yoqa nidra və Şivananda yoqası ilə bədəni və zehni yeniləyir. Sessiyalara Bharat Thakur, Sudhakar Dass və Nandan Qautam kimi dünyamiqyaslı ustalar rəhbərlik edəcəklər.
"Ana torpağın səsi" kimi tanınan Perukua və Azərbaycanın sevilən sənətçisi Çingiz Mustafayev canlı çıxışları ilə festival atmosferini musiqi ilə dolduracaqlar.
Sufi rəqsləri, səmazən ayinləri, sufi musiqi terapiyası, qədim Çin və slavyan təbabəti ilə tanışlıq isə festival iştirakçılarına daxili ahəngi tapmaqda kömək edəcək.
Neyroqrafika, aromaterapiya, qadın çevrələri, ebru sənəti və səs terapiyası isə iştirakçılara bədii və emosional potensiallarını kəşf etməyə imkan yaradacaq.
"Made in Azerbaijan" yarmarkasında 200-dən çox yerli brend öz məhsullarını təqdim edəcək.
Özünü yenidən kəşf etmək istəyən, sağlam həyat tərzi ilə maraqlanan, meditasiya, yoqa və şəxsi inkişaf praktikasına açıq olan, yerli brendlərlə tanış olmaq istəyən, sadəcə, ruhunu dincəltmək, musiqi və təbiət ilə vəhdət yaşamaq istəyən hər kəs festivala dəvətlidir.
Festival biletini bu keçiddən əldə edə bilərsiniz: ninesenses.az/nsf25
Ətraflı proqram və iştirakçılarla tanış olmaq üçün festivalın rəsmi saytına daxil olun: https://ninesenses.az
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə "Adlı təqaüd" verilib
- Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb
- Leyla Əliyeva Azərbaycanın süvarilər dəstəsinin Britaniyadakı çıxışından görüntülər paylaşdı
- Leyla Əliyeva qızının kunq-fu üzrə dünya çempionu olması ilə bağlı paylaşım etdi
- Leyla Əliyeva Türk dünyası rəsm qalereyasından görüntülər paylaşdı