Bakının "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski Çinin "Şanxay Şenxua" klubunun məşqçisi Leonid Slutskini Ağdamın "Qarabağ" komandası ilə keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyununa dəvət edib.
Oxu.Az xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis bu müddət üçün iş qrafikinə baxacağını və qərarını Bakıya gəlməklə əsaslandıracağını bildirərək cavab verib.
Xatırladaq ki, Berezutski Bakıya köçməzdən əvvəl "Şanxay Şenxua"da onun köməkçisi işləyib.
"Qarabağ" - "Sabah" komandaları arasında Azərbaycan Kubokunun finalı mayın 31-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 19:00-da başlayacaq.