Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda qanunsuz müdaxilələr edilən tarixi abidələrin sayı açıqlanıb
Ötən il ərzində paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi, eləcə də digər müdaxilə halları müəyyən olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, müəyyən olunmuş qanunsuz müdaxilələr və yol verilmiş nöqsanlar aradan qaldırılıb.
Nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb. Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
- Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət artır"
- Mədəniyyət Nazirliyi tərəfindən xaricdə təhsil üzrə 20 təqaüd proqramı təqdim edilib
- Rəşad Əzizov: "Film sahəsində 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq"
- Günay Rəhimova: "Dublyaj sənayesi ilə bağlı hazırda qanunvericilik layihəsi üzərində işləyirik"