Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 17-də "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans baş tutub.
Oxu.az xəbər verir ki, tədbirə müvafiq dövlət qurumlarının rəhbərləri, deputatlar, alimlər, əlaqəli sahədə fəaliyyət göstərən mütəxəssislər, habelə ictimaiyyət nümayəndələri qatılıblar.
Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, daha sonra mədəniyyət naziri Adil Kərimli, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış ediblər.
Toplantı "Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar", "Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti" mövzularında panel sessiyalarla işini davam etdirib.
Panel müzakirələrdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi tarixi-mədəni irs nümunələrinin, o cümlədən dini memarlıq abidələrinin mühafizəsi və bərpasına şəhərsalma kontekstində yanaşılması, eləcə də bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Oxu.Az xəbər verir ki, bu çərçivədə Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 17-də "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, deputatlar, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.
Həmçinin tədbir çərçivəsində "Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar", "Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti" mövzularında panel sessiyaları baş tutacaq.