Dekabrın 20-də Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti, məşhur müğənni Vaxtanq Kikabidzenin “Mənim dəbdən düşməyən mahnılarım” adlı solo konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, canlı əfsanə proqramda yaradıcılığının müxtəlif dövrlərində ifa etdiyi, milyonlarla dinləyicinin qəlbini fəth edən, ona uğur, şöhrət və sevgi qazandıran mahnılarını təqdim edəcək.