Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
10:55
Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, bəstəkar gecə saatlarında dünyasını dəyişib.
Onunla vida mərasimi bu gün saat 12:00-da Təzəpir məscidində keçiriləcək. Mobil Babayev daha sonra Yasamal qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.