Bu il beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans olmaqla, ümumilikdə 17 tədbir keçirməyi planlaşdırır. Sözügedən sərgilər müvafiq dövlət strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
“Hazırda isə 2016-cı ilin sərgi mövsümündə keçiriləcək tədbirlərdə iştirak üçün müraciətlərin qəbulu fəal surətdə həyata keçirilir. Onu da qeyd edək ki, bu il dörd sərgi öz yubileyini qeyd edir. Beləliklə, cari ilin sərgi mövsümü 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi AITF 2016 və 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Horex Caucasus 2016 sərgiləri ilə açıq elan olunacaq.
Bu il “AITF” sərgisində dünyanın 40 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya milli pavilyonları sərgidə iştirak üçün yer rezervasiya ediblər.
Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar.
Ənənəvi olaraq, AZTA stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq. Həmişə olduğu kimi, sərgi ənənəvi sektorlarla yanaşı, “Tibbi və sağlamlıq turizmi” sektorunu da inkişaf etdirir.
“HOREX Caucasus” 2016 sərgisində “Mehmanxana, Restoran və Kafelər” “HoReCa” sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, peşəkar gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.
May ayından etibarən isə estafeti bu il öz 15 illik yubileyini qeyd edən Xəzər Beynəlxalq Dəmiryol İnfrastrukturu və Hərəkət Heyəti, Dəniz Sənayesi, Aviasiya, və Daşımalar və Loqistika “TransCaspian” və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road&Traffic” sərgiləri davam etdirəcək. İlk dəfə olaraq, bu il 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” “CIBS 2016” sərgisi “TransCaspian” və “Road & Traffic” sərgiləri ilə eyni platformada keçiriləcəkdir.
Həmişəki kimi, regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2016” sərgi və konfransı çıxış edəcək (1-4 iyun).
Yay fasiləsindən sonra, yəni cari ilin sentyabr ayında payız sərgi mövsümünə start veriləcək və bu mövsüm çərçivəsində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016”, 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016”, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri “Aqua-Therm Baku 2016”, 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “CIPS Caspian 2016” və 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgilərinin keçirilməsi planlaşdırılır”, - deyə şirkətdən qeyd edilib.
Bundan başqa, şirkətdən bildiirlib ki, bu il keçirilməsi nəzərdə tutulan sərgilərin bir neçəsi yeni brend və loqotiplə çıxış edəcəklər:
“Azərbaycan beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan” və Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic” sərgiləri yeni brend və loqotiplə çıxış edirlər. Azərbaycanın birinci ixtisaslaşdırılmış sərgisi olan beynəlxalq “Xəzər Neft və Qaz” “Caspian Oil and Gas” sərgi və konfransının da loqosu dəyişmişdir. Payız mövsümünə daxil olan və kompleks “rebrendinq” mərhələsindən keçmiş sərgilər arasında “CIРS Securika” sərgisi, eləcə də regionun ən genişmiqyaslı tədbiri olan “BakuBuild” sərgisi yer alır”.
Ülviyyə R. Əli
www.oxu.az