Türkiyənin məşhur aktrisası Hülya Duymaz istirahətdə olarkən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Müayinələr zamanı onun beynində şiş olduğu ortaya çıxıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, aktrisa bir müddət əvvəl tanınmış komediya ustası Cem Yılmazla reklam çəkilişlərində də huşunu itiribmiş.
51 yaşlı aktrisanın bu gün əməliyyat olunacağı bildirilir.