Bu gün əməkdar incəsənət xadimi, rejissor, ssenari müəllifi Cəmil Fərəcovun anadan olmasından 68 il ötür.
Oxu.Az xəbər verir ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974).
1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyir. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.
Aytən Sadıqzadə
www.oxu.az