Azərbaycanın premium kinoteatrı “CinemaPlus”dan romantik kino sevərləri üçün sevindirici xəbər var.
Oxu.Az xəbər verir ki, kinoteatrda 8 Mart -Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiya istehsalı olan “Ən yaxşı 8 görüş” komediyasının nümayişi keçirilib.
Film həmişə məzəli əngəllərə düşən Vladimir Zelenskinin qəhrəmanının şən sərgüzəştlərindən bəhs edir. Bu dəfə ona gözəl Vera Brejneva yoldaşlıq edəcək.
Filmin rejissoru Maryus Vaysberqdir.
Həmçinin filmdə Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin və başqaları çəkilib.
Filmin məzmunu: Günəşli günlərin bir günü baytar klinikasının uğurlu sahibi sağalmaz xəstəliyə düçar olur. Lakin o, heç şübhələnmir ki, bu, həkimin səvhi də ola bilər və ciddi olaraq arvadı, uşaqları və biznesinin kim qeydinə qalacağını haqqında fikirləşir. Və birdən onun ağlına fikir gəlir, nə qədər təəssüflü də olsa, artıq özünə əvəzedici tapmaq olduğunu düşünür.
Beləliklə, ciddi seçimdən sonra etibarlı və zərərli vərdişləri olmayan İlya adlı yanğınsöndürən xoşniyyətlilik bəhanəsilə Sokolovların ailəsində məskunlaşır. Nikita “əvəzləmə” kodu adı altında gizli əməliyyata başlayır. Lakin Nikita səhhətinə heç bir təhlükə olmadığını anlayanda artıq gec olur. Gözəl İlyanı artıq hər sevməyi bacarıb, hətta baytar klinikasının xəstələri belə. Həyat uğrunda savaş yox, artıq sevgi uğrunda savaş hələ indi başlayır.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.
