Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cüzeppe Verdinin operası Azərbaycanda
Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, uğurlu qastrol siyasətini həyata keçirən Opera və Balet Teatrının rəhbərliyi tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edib.
Tamaşada digər əsas rollarda Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova, Səbinə Əsədova və Fərid Əliyev çıxış edəcəklər.
Tamaşanı beynəlxalq müsabiqələr laureatı gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcək.