Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən, şəbəkəsinə daxil olan 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.
İdarədən Oxu.Az-a verilən xəbərə görə, intizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.
Aytən Sadıqzadə
www.oxu.az