Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekrandakı monarx: III Çarlz sənədli filmdə baş rolu oynayacaq
Böyük Britaniyanın Kralı III Çarlz "Amazon" şirkətinin hazırladığı yeni sənədli filmdə baş rolu oynayacaq.
Oxu.Az bu barədə "The Times" nəşrinə istinadla xəbər verir.
Bildirilir ki, layihə monarxın 2010-cu ildə nəşr olunmuş "Harmoniya: dünyamıza baxmağın yeni üsulu" kitabında təqdim edilən fəlsəfi baxışlarına həsr olunacaq.
"Sənədli filmin məqsədi kralın nəyi müdafiə etdiyini və onun kim olduğunu dünyaya çatdırmaqdır".
Qeyd olunur ki, sənədli filmdə kralın görüntüləri "minimal" olacaq. Film onun şəxsiyyətindən daha çox, iş və ideyalarına fokuslanacaq.
Çəkilişlər yanvar ayında Kralın Şotlandiyadakı Kamnok, Ayrşirdəki Damfris Evi malikanələrində başlayıb. Sənədli filmin gələn il yayımlanacağı gözlənilir.
"Kral III Çarlz" teqi üzrə xəbərlər
- "Formula-1" komandasının rəhbərinə orden və fəxri ad verildi
- Kral III Çarlzdan Şahzadə Uilyama evliliyi ilə bağlı vacib məsləhət: "Mən etdim, sən etmə"
- Kraliça Kamilla mühüm tədbirdə iştirakdan imtina edib
- Britaniyanın kral sarayı üç il müddətinə bağlanacaq
- "Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı
Rəylər