“Euronews” televiziyası Azərbaycanın musiqi aləti tara həsr olunan reportaj yayımlayıb.
Oxu.Az xəbər verir ki, süjetin müəllifi Avrora Veles zəngin musiqi imkanları sayəsində tarın Qafqazda ən çox istifadə edilən musiqi alətinə çevrildiyini vurğulayıb. Həmçinin tarın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi bildirilib.
“Azərbaycanın qəlbini anlamaq istəyirsinizsə, dağa qalxın və tar səsini dinləyin”, - deyə müəllif qeyd edib.
A.S.
www.oxu.az