Rohinca müsəlmanları Myanma ilə Banqladeşi ayıran Naf çayını keçirlər.
Oxu.Az euronews-a istinadən xəbər verir ki, BMT-in hesablamarına görə, son 10 gündə bu çayı 120 min insan keçib. Qaçqınlarla iş üzrə BMT rəsmisi Danya Aslamın sözlərinə görə, Banqladeşə gələn insanlar çox zəifdirlər, onlar dağları, çayları aşaraq, meşələrdə gizlənərək, günlərlə yol qət edirlər.
Avqust ayının sonlarında hökumət qoşunları Myanmanın terror təşkilatı hesab etdiyi “Arakan Rohinca Xilas Ordusu”nun döyüşçülərinə qarşı əməliyyatlara başlayıb. 10 gündən artıq davam edən döyüşlərdə 400 nəfərdən çox insan həyatını itirib.
E.C.
www.oxu.az