Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilür Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbindən azad etmə haqqında Saziş"i imzalayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Sənəd rəsmi təmasların gücləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.
İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan-Banqladeş münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
On the sidelines of #UNGA81 Minister of Foreign Affairs of Azerbaijan Jeyhun Bayramov and the Minister of Foreign Affairs of Bangladesh Khalilur Rahman signed the “Agreement between the Government of the Republic of Azerbaijan and the Government of the People's Republic of Bangladesh on exemption of visa requirements for holders of diplomatic, official and service passports.” This document will serve as a valuable input for enhancing official contacts and broadening the scope of our mutually beneficial partnership. Following the signing ceremony the Ministers discussed the current state and prospects of 🇦🇿 Azerbaijan–Bangladesh 🇧🇩 relations, with a focus on strengthening political dialogue, expanding trade and economic cooperation, and advancing ties in education and humanitarian fields.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 22, 2026
Qeyd edək ki, Azərbaycanla Kolumbiya arasında da viza rejimi sadələşdirilib.