“Milli Dəyər” layihəsi çərçivəsində “Abşeron” Rəsm Qalereyasında 22-23 iyulda gənclərin iştirakı ilə Gənc Rəssamlar Sərgisi keçiriləcək.
“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən Oxu.Az-a verilən xəbərə görə, layihədə iştriak edəcək gənclər hazırladıqları rəsm əsərləri vasitəsilə milli-mənəvi dəyərlərimizi, tariximizi və bir sözlə onları vətənə bağlayan rəsmlər vasitəsilə cəmiyyətə kiçik ismarış vermiş olacaqlar.
Ümumilikdə layihə çərçivəsində əsas mövzusu vətənpərvərlik, milli-mənəvi dəyərlərin gənc nəsilə təbliği istiqamətinə uyğun olaraq teatr tamaşa oynanılıb.
Eyni zamanda qısametrajlı filmin hazırlanması, milli dəyərlərimizin təbliği istiqamətinə uyğun olaraq gənclərlə görüşlərin aparılması və onların iştirakı ilə sərgi təşkil olunnması nəzərdə tutulub.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə həyata keçirilir.
A.S.
www.oxu.az