Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.
Qaynar xətt:
(055) 224 12 12