Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnsanabənzər robotun çəkdiyi ilk sənət əsəri heyrətamiz qiymətə satıldı
Dünyanın ilk ultra-realistik robot rəssamı Ai-Da tərəfindən yaradılan "A.I. God. Portrait of Alan Turing" adlı 2.2 metr hündürlüyündəki portret 1.32 milyon dollara (təxminən 2.2 milyon manat) satılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sotheby's" hərracı evi xəbər verib.
Bildirilir ki, başlanğıc qiyməti 120 000 ABŞ dolları (təxminən 200 min manat) olan portretə ümumilikdə 27 təklif verilib.
Məlumata görə, portret Ai-Da robotu tərəfindən Alan Turinqin bir fotoşəklinə baxaraq yaradılıb. Alan Turinq - nasist Almaniyasına qarşı müharibədə mühüm rol oynayan və 1950-ci illərdə süni intellektin istifadəsini araşdıran riyaziyyatçı və erkən dövr kompüter alimi olub.
Qeyd edək ki, danışa bilən süni intellektli humanoidin adı dünyanın ilk kompüter proqramçısı Ada Lavleysdən götürülüb. Ai-Da, iki il davam edən bir prosesdə proqramçılar, robot mütəxəssisləri, rəssamlar və psixoloqlardan ibarət bir komanda tərəfindən inkişaf etdirilib və yenilənmməkdə davam edir.
Rəylər