Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tayms Skver meydanında Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub
ABŞ-nin Nyu-York şəhərindəki məşhur Tayms Skver meydanında 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
AAYF-nin sədri Leyla Aslanovanın təşkilatçılığı ilə toplanan ABŞ-də təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edən turistləri və yerli amerikalıları Azərbaycanın tarixi Zəfər Günü barəsində məlumatlandırıblar.
Həmyerlilərimiz Azərbaycanın üçrəngli bayrağı ilə "Yaşasın Azərbaycan!", "Zəfər Bayramın mübarək, Azərbaycan!" şüarları səsləndiriblər. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə fotolar çəkdiriblər.
Habelə, Tayms Skverdə nəhəng led ekranlarda Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub.
Bundan başqa, üzərində "8 Noyabr Azərbaycanın Zəfər Günüdür!" şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan xarıbülbülün əks olunduğu led ekranlı avtomobil meydanın ətrafında hərəkət edib və 42-ci küçədə dayanıb. Məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.
"8 Noyabr - Zəfər Günü" teqi üzrə xəbərlər
- Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 11.12.2024
- Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - 09.12.2024