Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“İqor Moiseyev baleti”nin ifasında Azərbaycan rəqsi - FOTO
Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində 3 günlük konsert proqramına yekun vurub.
Oxu.Az xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı idi.
Azərbaycan mədəni həyatında mühüm hadisə olan proqram böyük tamaşaçı rəğbəti qazanıb.
Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr təqdim edilib. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.
Qeyd edək ki, konsert SOCAR və “Qazprombank”ın dəstəyi ilə təşkil olunub.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
Rəylər